Şirkətimiz 2021-ci ildən öz fəaliyyətinə başlamış bugünə qədər bir çox uğurlu layihələrə imza atıb. Şirkət olaraq qısa zamanda yaranmağımıza baxmayaraq, fəaliyyətimiz 2009-cu ildən başlayır, belə ki, Şirkətimizin təsisçisi Mustafa Sərdarov, direktoru Sərdarov Elxan uzun müddət yerli və xariçi şirkətlərdə müxtəlif vəzifələrdə çalışmışlar, Bizlər bu gün “Storm-Engineering” olaraq Hər zaman müştərilərin istək və arzularını həyata keçirmək, eyni zamanda müştəri məmnuniyyətini yüksək tutmaq, yüksək keyfiyyətdə xidmət göstərmək şirkətin əsas prioritetlərindən biridir. Bu gün bizim zəngin təcrübəyə malik mühəndis və inspektor heyətimiz, ən müasir çihazlarımız, səyyar və daşınabilən avadanlıqlarımız var. Özəl, dövlət və xariçi şirkətlər ilə əməkdaşlıq edərək dənizdə və quruda, neft və qeyri neft sektorunda (inşaat-tikinti layihələri, istismar olunan müəssisələrdə) üçüncü tərəf inspeksiya və laboratoriya xidmətləri göstəririk. Biz ən yüksək iş standartlarını təmin edirik və Keyfiyyətə Zəmanəti dəstəkləyirik. “Storm-Engineering” mmc-nin fəaliyyətinə dair Lisenziyalar, Akkreditasiya sahəsi, İSO sertifikatları və FHN icazə sənədləri mövcuddur. Məqsədimiz İSO və beynəlxalq standartların tələblərinə uyğun olaraq Təhlükə potensiallı obyektlərdə, istehsalatda və tikililərdə bədbəxt hadisələrin qarşısını alınması istiqamətində peşəkar xidmət göstərməkdir. Sınaqlarımız İSO 17020 və İSO 17025 standartlarına uyğun aparılır. Storm-Engineering”mmc sizlərə üçüncü tərəf inspeksiya və laboratoriya sahəsində sifarişləri vaxtında və keyfiyyətlə təmin edərək, peşəkar xidmət göstərməyə hazırdı...
© İMAJ 2023